Tütün məhsulunun bu növünə tətbiq edilən VERGİLƏR ARTIRILIR

Tütün məhsulunun bu növünə tətbiq edilən VERGİLƏR ARTIRILIR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.

“A24.Az”ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə tutulan 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirə olunacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar