A24 Xeber

U-19 millimizə 21 futbolçu çağırıldı

U-19 millimizə 21 futbolçu çağırıldı
43
04 May 2018 - 13:33

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir keçiriləcək.

A24.Az xəbər verir ki,  7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycan U-19 yığması çıxış edəcək. Slovakiya,  Uels və Macarıstanla birgə A qrupunda yer alan yığmamızın turnir üçün heyəti açıqlanıb.

 Baş məşqçi Vüqar Məmməd 21 futbolçuya dəvət göndərib.

Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Xəqani Sadıxov, Səbuhi Abdullazadə, Turan Vəlizadə, Toral Bayramov, Rüfət Abdullazadə (hamısı “Qarabağ”), İdris İnqilablı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əmrah Zülfüqarlı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Kamran Məmmədov, Emil Qasımov, Şakir Seyidov (hamısı “Səbail”), Əkpər Vəliyev, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Elvin Talıbov (“Rostov”, Rusiya), Hüseyn Əhmədov (“Helios”, Xarkov, Ukrayna), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya)

A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00