Üç azərbaycanlı Slovakiyaya keçmək istəyərkən saxlanılıb - VİDEO

Üç azərbaycanlı Slovakiyaya keçmək istəyərkən saxlanılıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna Dövlət Sərhəd Xidmətinin Çopski dəstəsinin “Ujqorod” şöbəsinin sərhəd keşikçiləri Azərbaycan və Banqladeşdən olan qanunsuz miqrantları saxlayıblar.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

“Dövlət sərhədi yaxınlığında naməlum şəxslərin hərəkəti barədə hərbçilərə Ujqorod rayonunun Onokovtsı kəndinin sakinləri məlumat veriblər. Üç azərbaycanlı və bir Banqladeş vətəndaşı sərhəd keçid məntəqəsindən kənar hissədən Slovakiyaya keçmək istəyib. Qanun pozucularından yalnız birinin üzərində şəxsiyyti təsdiq edən sənəd olub. Lakin əcnəbilərin dördü də qanunsuz miqrasiya məqsədi ilə Avropa İttifaqı ölkələrinə düşmək niyyətində olduqlarını etiraf ediblər”, – deyə məlumatda bildirilir.

Hazırda sərhədçilər cinayətin bütün təfərrüatlarını öyrənir və onların bütün dairəsini müəyyənləşdirirlər. Əcnəbilər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar