Ucarda piyadanı maşın vuraraq öldürdü

Ucarda piyadanı maşın vuraraq öldürdü
Want create site? Find Free WordPress Themes and plugins.

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Ucar rayon sakini Rüstəm Hüseyn oğlu Ağayev idarə etdiyi “Opel” markalı minik maşını ilə yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1958-ci il təvəllüdlü Maarif Əliyyə oğlu Murzəliyevi vurub.

Ağır xəsarət alan zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə,  M. Murzəliyevə ilkin tibbi yardım göstərilsə də, o, xəstəxanada ölüb.

Məlumata görə, M. Mirzəliyev şəhər 5 saylı tam orta məktəbdə mühafizəçi işləyib. Hadisədə məhz məktəbin qarşısında baş verib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar