A24 Xeber

Ucarda qadının əl-ayaqlarını bağlayıb, oğurluq edən şəxslər tutuldu

Ucarda qadının əl-ayaqlarını bağlayıb, oğurluq edən şəxslər tutuldu
68
14 May 2018 - 15:29

Martın 17-də DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

A24.Az xəbər verir ki, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00