UEFA İsveçrə klubunu avrokuboklardan kənarlaşdırdı

UEFA İsveçrə klubunu avrokuboklardan kənarlaşdırdı
Want create site? Find Free WordPress Themes and plugins.

İsveçrənin “Syon” klubu 2018-2019 və 2019-2020 mövsümlərində avrokuboklarda iştirakdan məhrum edilib.

Bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Səbəb kimi lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarının pozulması göstərilib. “Syon”a 235 min dollar cərimə də kəsilib.

Qazaxıstan “İrtış”ı bir avrokubok mövsümündə şərti kənarlaşdırılma cəzası və 440 min avro cərimə ilə üzləşib. Pavlodar şəhərinin təmsilçisi 3 illik sınaq dövrü keçəcək.

Albaniyanın “Tirana” və Serbiyanın “Voyvodina” klubları 215 min avro cərimələniblər. Bu məbləğlər 2017-2018 mövsümündə Avropa Liqasında iştirak qarşılığında klubların gəlirlərindən çıxılacaq.

Qeyd edək ki, maliyyə feyr-pleyini pozması üzündən Bakının “İnter” (hazırkı “Keşlə”) klubu 2016-2017 mövsümündə avrokuboklardan kənarlaşdırılmışdı. Kluba eyni zamanda iki transfer dövründə yeni oyunçu alması qadağan edilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar