A24 Xeber

UEFA-nın yeni reytinqində klublarımız neçəncidir?

UEFA-nın yeni reytinqində klublarımız neçəncidir?
26
13 Aprel 2018 - 13:02

Avroliqanın 1/4 final mərhələsinin cavab oyunlarından sonra klubların yeni reytinq siyahısını açıqlanıb.

A24.Az xəbər verir ki, klublarımızdan ən yaxşı göstəriciyə malik olan “Qarabağ”ın mövqeyi dəyişməyib.

Ağdam klubu 20.500 xalla BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) birgə 73-ci pilləyə şərikdir.

Digər klublarımızın da mövqeyi dəyişməz qalıb. “Qəbələ” aktivindəki 5.250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.825 xalla 244-256-cı yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 153,000 xala malik “Real” başçılıq edir.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00