A24 Xeber

UEFA nümayəndləri Bakıda keçiriləcək final oyunu üçün Azərbaycana gəldi

UEFA nümayəndləri Bakıda keçiriləcək final oyunu üçün Azərbaycana gəldi
53
13 Fevral 2018 - 14:50

Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

A24.Az xəbər verir ki, həftə sonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyəti infrastruktura baxış keçirəcəklər.

Bu gün BOS-da AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək. Avropanın ikinci səviyyəli turnirinin qalibinin adı mayın 29-da Bakı Olimpiya Stadionunda müəyyənləşəcək.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00