Uğuru ilə dünya ölkələrini narahat edən "Zeytun budağı" 40-cı günündə...

Uğuru ilə dünya ölkələrini narahat edən “Zeytun budağı” 40-cı günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (28 fevral 2018) 40-ci gününə davam edir.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatla bağlı məlumatları Türk Silahlı Qüvvələri açıqlayır.

Bölgədə təhlükəsizliyi ələ alan Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinə daxil olmaq üçün hazırlıqlara davam edir. Əməliyyatın son dərəcə uğurlu olduğunu görən dünya ölkələrindən reaksiyalar gəlir. Belə ki, Amerika Suriyada 30 günlük atəşkəs rejiminin elan edilməsi ilə bağlı qərar qəbul etdiyini bildirib və Türkiyənin bu qərarı yaxşı oxumasını tövsiyyə edib.

Lakin Amerikanın verdiyi bu açıqlamadan sonra Əsəd rejiminə məxsus qüvvələr Qutada sivil insanlara atəş açıb.

Xatırladaq ki, əməliyyatın 40-cı günündə bu günə qədər Afrində məhv edilən YPG/PKK-İŞİD terrorçuların sayı hələ ki 2083-dür. Bundan başqa, Afrinin 115 mövqeyi terrorçulardan tamamilə təmizlənib. Artıq Afrinlə Türkiyə sərhəddi boyunca Aypara (Hilal) yaradan Türk Ordusu növbəti həmləyə hazırlaşır.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar