Ukrayna Azərbaycanla birgə raket istehsal edə bilər

Ukrayna Azərbaycanla birgə raket istehsal edə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna və Azərbaycan “Korsar” yüngül tank əleyhinə raket kompleksinin birgə istehsalı istiqamətində müzakirələr aparır.

Bu barədə “AzeriDefence”nin “Eurosatory-2018” sərgisində iştirak edən əməkdaşına “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Konsern rəsmilərinin sözlərinə görə, bununla bağlı danışıqlar 2016-cı ildə başlanıb. Son olaraq Azərbaycan müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin Kiyevə səfərində məsələ müzakirə olunub.

“Azərbaycan tərəfi öncə ordunun ehtiyaclarını müəyyənləşdirməlidir. Eyni zamanda MSN nümayəndələri xaricdən bu məhsula sifariş ala biləcəklərini ifadə etdilər. Hələ ki, bu günədək ehtiyaclarla bağlı bir təklif irəli sürülməyib. Ukrayna Azərbaycana texnologiya transferinə hər zaman açıqdır”, – deyə Konserndən bildirilib.

“Ukroboronprom” yetkililərinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrindən həm “Korsar”, həm də “Skif” TƏİR kompleksləri üçün maraq ifadə olunub. Ötən il “Skif” üçün yeni raketlərin tədarükü həyata keçirilib.

Korsar”ın effektiv atış uzaqlığı 2500 metrdən çoxdur. Raketin hədəfə tuşlanması lazer şüalandırma vasitəsi ilə həyata keçirilir. Komplekslə əlavə cihazlardan istifadə etmədən çiyindən atəş açmaq mümkündür. “Korsar” üçün “Luç” Bürosu tərəfindən iki idarə olunan raket hazırlanıb – РК-3К və РК-3ОF.

PK-3K raketi zirehli maşınları, müasir zirehli stasionar və hərəkətli obyektlərin məhv edilməsi üçün nəzərdə tutulur. Tandem döyüş başlığına malik raket ən azı 550 mm dinamik zirehi dəlməyə imkan verir.

“AzeriDefence”nin sərgidə iştirak edən Ukrayna hərbi sənaye kompleksinin rəsmilərindən əldə etdiyi məlumata görə, yaxın perspektivdə Ukrayna Azərbaycan da daxil olmaqla bir neçə ölkədə müdafiə sənayesinin təşviqi və tanıtımını həyata keçirəcək nümayəndəliklər (ofislər) açmağı düşünür.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar