Ukrayna dairəsinin istifadəyə veriləcəyi vaxt açıqlandı

Ukrayna dairəsinin istifadəyə veriləcəyi vaxt açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir.

“A24.az” bildirir ki, bu barədə özəl olaraq Trend-ə açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq dairənin bir hissəsində təmir işləri tam başa çatıb: “Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində təmir işləri yekunlaşıb. Həmin hissə sürücülərin istifadəsinə verilib. Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir. İyulun 19-da təmir işləri tam başa çatacaq və dairə tam olaraq istifadəyə veriləcək”.

Xatırladaq ki, Xətai rayonu ərazisindəki Ukrayna dairəsi iyulun 12-də təmirə bağlanıb. Dairənin asfalt beton döşəməsi yenilənir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar