A24 Xeber

Ukrayna dəhşətli raketini sınaqdan keçirdi – VİDEO

Ukrayna dəhşətli raketini sınaqdan keçirdi – VİDEO
73
10 Aprel 2018 - 21:15

Ukrayna 300 mm-lik “Olxa” raket kompleksinin növbəti atışlı sınaqlarını keçirib.

A24.Az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov özünün Facebook səhifəsində məlumat verib.

Raketin atış testləri ölkənin cənubunda Odessa regionunda keçirilib. Bununla da Ukrayna mütəxəssisləri tərəfindən yaradılmış raket kompleksinin sınaqları yekunlaşıb.

Turçinov qeyd edib ki, 300 mm-lik “Olxa” raket kompleksi bütün parametrlər üzrə Sovet/Rusiya istehsalı olan “Smerç” komplekslərini üstələyir.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00