A24 Xeber

Ukrayna dəşhətli raket kompleksini üzə çıxardı – VİDEO

Ukrayna dəşhətli raket kompleksini üzə çıxardı – VİDEO
47
26 Aprel 2018 - 16:10

Ukrayna 300 mm-lik “Vilxa” yaylım atəşli reaktiv sistemin (YARS) dövlət sınaqlarını tamamlayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, “Vilxa” raket kompleksinin dövlət sınaqları bu gün Xerson bölgəsinin cənubunda keçirilib, kompleksin sınaqları bütün mərhələlərdə uğurla başa çatıb.

“Hər mərhələdə, raketlərin taktiki və texniki xüsusiyyətlərinin müxtəlif parametrləri, xüsusilə müəyyən edilmiş hədəfləri maksimum və minimum məsafələrlə vurma dəqiqliyi, hədəfi məhv etmək gücü, səmərəliliyi və s. yoxlanılıb”, – deyə A.Turçinov bildirib.

A.Turçinov qeyd edib ki, Dövlət Komissiyasının qərarına əsasən, bu il “Vilxa” raket sisteminin seriyalı istehsalı başlayacaq və silahlanmaya qəbul ediləcək. Bundan əvvəl A.Turçinov 300 mm-lik “Vilxa” raket kompleksinin bütün parametrlər üzrə Sovet/Rusiya istehsalı olan “Smerç” komplekslərini üstələdiyini bəyan etmişdir.

Orxan Aslan, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00