A24 Xeber

Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu
600
02 Mart 2017 - 20:22

Ukraynanın Lvov vilayətində “Lvovuqol” şirkətinə məxsus “Stepnaya” şaxtasında qəza olub.

A24.Az xəbər verir ki, hadisə nəticəsində 10 mədənçi ölüb, 6-sı yaralanıb, 20 nəfər isə xilas olunub.

Qeyd olunur ki, şaxtada 172, qəza ərazisində isə 34 mədənçi olub.

İlkin məlumatlara görə, qəzanın baş verməsinə səbəb metanın partlaması olub. Hadisə yerində xilasedicilər çalışır.

Hökumət koordinasiya qərargahı yaradıb.

Prezident Petro Poroşenko Nazirlər Kabinetinə bütün kömür-mədən şirkətlərinin auditini aparmağı tapşırıb.

Ölkədə matəm elan olunub.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00