A24 Xeber

Ukraynadan Ermənistana “Eurovision” qadağası

Ukraynadan Ermənistana “Eurovision” qadağası
565
29 Mart 2017 - 12:48

Ermənistanı may ayında Kiyevdə keçirilən “Eurovision 2017” mahnı müsabəqəsində təmsil etməli olan Artsvik Arutyunyanın da Ukraynaya girişi qadağan edilə bilər.

A24.Az xəbər verir ki, bütün dünyanın maraqla izlədiyi Avropanın əsas vokal müsabiqəsi ətrafında yaranmış qalmaqallar səngimək bilmir.

Məlum olub ki, rusiyalı ifaçı Yuliya Samoylova ilə yanaşı Ermənistan təmsilçisi Artsvik Arutyunyan da 2015-ci ildə Krımın Rusiya tərəfindən işğal olunmuş ərazisində çıxış edib. Elə bu səbəbdən də Ukrayna Təhlukəsizlik Xidməti hər iki iştirakçını qanunları pozduğuna görə, ölkəyə buraxmaq fikrində deyil.

Ukrayna təhlükəsizlik Xidmətinin spikeri Yelena Qitlyanskinin sözlərinə görə, xüsusi xidmət orqanları Ermənistandan olan Artsvik Arutyunyanın qeyri-qanuni səfəri ilə bağlı araşdırma aparır:

“Bütün sənətçilər barədə araşdırma aparırıq. Ukrayna qaydalarını pozan sənətçi olarsa, ölkəyə girişi qadağan olunacaq. Əgər belə olarsa, Artsvikin ölkəyə girişinə qadağa qoyulacaq”.

Məsələyə Ermənistan nümayəndə heyətinin rəhbəri Gohar Gasparyan münasibət bildirib:

“Bu şayiələrin ortaya çıxma səbəbini bilmirik. Artsvikin Krımla heç bir əlaqəsi yoxdur. Təmsilçimiz orada konsert verməyib”.

Qeyd edək ki, “Eurovision”-un rusiyalı iştirakçısı Yuliya Samoylovanın Ukrayna ərazisinə girişinin 3 il müddətində qadağan olunması KİV-də və sosial şəbəkələrdə müzakirə olunur.
(publika.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00