A24 Xeber

Ulduz futbolçu qoldan sonra əsgər salamı verdi – FOTO

Ulduz futbolçu qoldan sonra əsgər salamı verdi – FOTO
45
30 Yanvar 2018 - 12:52

Başakşehirli Adebayor Karabükspora atdığı qoldan sonra əsgər salamı verib.

“A24.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu maçdan sonra mediaya açıqlama verib.

Qeyd edək ki, Super Liqanın 19-cu həftəsində Başakşehir Karabüksporu 5-0 məğlub edib. Qələbə zamanı komandanın oyunçusu Emanuel Adebayor atdığı qoldan sonra  tribunalara yaxınlaşaraq əsgər salamı verib. Ulduz fubolçu qol sevincinin səbəbini bu cür açıqlayıb:

“Həyatlarını bizim üçün fəda edən əsgərlərimizə, onların ailələrinə hörmət etməliyik. Onların itkilərini biz əvəz edə bilmərik, amma mən də yaşadığım ölkənin əsgərlərinə bu şəkildə hörmətimi göstərmək istədim”.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00