A24 Xeber

Ulduz futbolçudan TƏKLİF: Çempionlar Liqasının adı dəyişdirilib “Ronaldo Kuboku” olsun

Ulduz futbolçudan TƏKLİF: Çempionlar Liqasının adı dəyişdirilib “Ronaldo Kuboku” olsun
78
27 May 2018 - 11:35

“Çempionlar Liqsı”nı 5-ci dəfə qazanan ilk futbolçu olaraq Kristiano Ronaldo maraqlı təklifi ilə diqqət çəkib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu kubokun adının dəyişdirilməsi təklifini irəli sürüb. O, “Kubokun adı CR 7 olaraq dəyişdirilə bilər” deyib.

Qeyd edək ki, “Real Madrid” Benzema və Gareth Balenin vurduğu qollarla 3-1 qazanaraq dalbadal 3-cü dəfə, toplamda isə 13-cü dəfə Çempionlar liqasını qalibi olub.

“Real Madrid”in portuqaliyalı ulduzu Kristiano Ronaldo isə Çempionlar Liqasında dalbadal 6-cı dəfə qol kralı olub və bu kuboku 5-ci dəfə qazanan ilk futbolçu olaraq adını qızıl hərflərlə tarixə yazdırıb.

Matçdan sonra açıqlama verən Ronaldo gələcəyi ilə bağlı bir neçə gün sonra danışacağını və “Real Madrid”dən ayrılabiləcəyinə vurğu edib.

Daha sonra müxbirlərdən birinin “Finalda qol vura bilmədiyin üçün məyus deyilsən? sualına Ronaldo qəribə bir şəkildə cavab verib: “Kim? Mən? Ən çox Çempionlar Liqasının kuboku və qolu kimdə var? Bəlkə də Çempionlar Liqasının adı “CR7 Çempionlar Liqası” olaraq dəyişdirilə bilər”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00