A24 Xeber

Unibank və AtaBankın fəaliyyətlərindəki nöqsan… – ANALİZ

Unibank və AtaBankın fəaliyyətlərindəki nöqsan… – ANALİZ
76
04 İyun 2018 - 15:44

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən banklarla bağlı may ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 7602 xəbər yerləşdirilib. Bunlardan 15 xəbər mənfi, 9 xəbər müsbət, 7573 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Unibank Kommersiya Bankı (8 xəbər – Tanınmış aparıcı “Unibank”ı biabır etdi), AtaBank (7 xəbər – Bankın filial müdiri məcburi köçkünün başına oyun açır). Müsbət xəbərlər isə AtaBank (7 xəbər – Bankın İdarə Heyətinin sədr müavini mükafata layiq görülüb) və Rabitəbanka (2 xəbər – Prezident İlham Əliyev “Rabitəbank” rəhbərini medal ilə təltif edib) aiddir.

Xəbər sayına görə sıralama:

1Kapital Bank960 xəbər
2Azərbaycan Beynəlxalq Bankı788 xəbər
3PAŞA Bank366 xəbər
4Bank Respublika345 xəbər
5Unibank Kommersiya Bankı326 xəbər
6Access Bank270 xəbər
7Bank of Baku268 xəbər
8AtaBank261 xəbər
9Rabitəbank245 xəbər
10TuranBank194 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 524 xəbər dərc edilib. Bunlardan 2 xəbər müsbət, 522 xəbər isə neytraldır. Müsbət xəbərlər AtaBanka (2 xəbər – “AtaBank” ASC mükafata layiq görülüb) məxsusdur. May ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Kapital Bank151 xəbər
2Azərbaycan Beynəlxalq Bankı132 xəbər
3PAŞA Bank41 xəbər
4Bank Standard26 xəbər
5Bank of Baku22 xəbər
6Bank Respublika16 xəbər
7TuranBank15 xəbər
8AtaBank14 xəbər
9NBC Bank14 xəbər
10Rabitəbank12 xəbər

May ayında televiziya kanallarında banklar haqqında 141 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Azərbaycan Beynəlxalq Bankı29 xəbər
2Kapital Bank28 xəbər
3PAŞA Bank24 xəbər
4Rabitəbank13 xəbər
5AGBank12 xəbər
6Bank of Baku12 xəbər
7AtaBank7 xəbər
8Yapı Kredi Bank6 xəbər
9SW Bank3 xəbər
10TuranBank2 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00