A24 Xeber

Uran: “Aytən hamiləyəm deyib hamını aldatdı” – VİDEO

Uran: “Aytən hamiləyəm deyib hamını aldatdı” – VİDEO
99
13 İyun 2018 - 23:35

“Maşın”ın finalında xəstələndiyi üçün əlini çəkən reper Uran şoudan uzaqlaşdırdığı Aytən Səfərova haqqında iddialı açıqlamalar verib.

A24.Az xəbər verir ki, Baku TV-yə açıqlama verən reper Aytəni Rozanın sözü ilə yox, ikiüzlü olduğu üçün çıxardığını qeyd edib.

O deyib ki, Aytən Səfərova “M Group Production”ın işçilərinə və iştirakçılara hamilə olduğunu bildirib.

Lakin testlər nəticəsində Aytənin hamilə olmadığı üzə çıxıb:

“Bizə hamilə olduğunu demişdi. Buna görə də onu qarşıdurmadan uzaq tutmaq istəyirdik. Lakin sonra məlum oldu ki, hamilə deyil. Mən kiminsə sözü ilə onu çıxarmamışam və kişiliyimi itirməmişəm. Aytən ikiüzlü olduğu üçün onu çıxardıq”.

Sözügedən açıqlamanı təqdim edirik:

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00