Uşaqlar! Bu gün Bulvarda attraksionlar PULSUZDUR

Uşaqlar! Bu gün Bulvarda attraksionlar PULSUZDUR
Want create site? Find Free WordPress Themes and plugins.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

“A24.az” xəbər verir ki, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu,  “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”,  “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar