A24 Xeber

Uşaqlara işgəncə verən tərbiyəçidən XƏBƏR VAR

Uşaqlara işgəncə verən tərbiyəçidən XƏBƏR VAR
77
14 İyun 2018 - 19:29

Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.

A24.Az-ın xəbərinə görə, bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00