A24 Xeber

Uşaqlarına fiziki cəza verən valideynlər cəzalandırılacaq – VİDEO

Uşaqlarına fiziki cəza verən valideynlər cəzalandırılacaq – VİDEO
567
03 Mart 2017 - 22:41

Uşaqlarını cəzalandıran valideynlərin özləri cəzalandırılacaq. Artıq bununla bağlı qanun layihəsi də hazırlanıb. Hətta belə valideynlər valideynlik hüququndan da məhrum edilə bilərlər. Ona görə də, belə demək mümkünsə, valideyn uşağına güldən artıq söz deyə bilməyəcək. Valideynlərin isə bu məsələyə münasibətləri birmənalı deyil.

A24.Az xəbər verir ki, Aysel kimi bir çox uşağın valideyni övladının tərbiyəsində cəza kimi döymək və bu kimi başqa metodlardan istifadə edir. Amma artıq belə olmaycaq. Uşaqlarına cəza verən valideynlərin özləri cəzalandırılacaqlar.

Bu məsələlər Ombudsman Aparatı və UNİCEF tərəfindən birgə hazırlanmış “Uşaqların cismani cəzalardan müdafiəsi haqqında” qanun layihəsinə daxil edilib. Qanun layihəsinə əsasən, uşaqların cismani cəzanın bütün növləri ilə cəzalandırılması qadağan edilə, hətta buna yol verən şəxslər valideynlik hüququndan məhrum edilə bilərlər. Cəzanın tətbiq ediləcəyi kateqoriyaya uşaqların təlim-tərbiyəsi ilə məşğul olan hər kəsə aid edilir.

Valideynlərin isə bu məsələyə münasibətləri birmənalı deyil. Layihədə “cismani cəza” dedikdə uşaqlara qarşı valideyn və ya səlahiyyət sahibi olan şəxs tərəfindən dərəcəsindən asılı olmayaraq, hər hansı ağrı və ya narahatlığa səbəb olan fiziki qüvvənin tətbiqi nəzərdə tutulur.

Qanun layihəsi hazırlanarkən bir sıra Avropa ölkələrinin təcrübəsi və BMT-nin ixtisaslaşmış qurumlarının tövsiyələri nəzərə alınıb. Layihə artıq Milli Məclisə təqdim edilib.

Xəzər Xəbər

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00