Usta təmir etdiyi maşınla radara düşdü - Cəriməni kim ödəməlidir? - VİDEO

Usta təmir etdiyi maşınla radara düşdü – Cəriməni kim ödəməlidir? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Avtomobilini təmir məqsədi ilə ustaya verən şəxs cərimə edilib.

Hadisə paytaxt sakini Vüqar Babyevin başına gəlib. Sürücünün sözlərinə görə, avtomobilində yaranmış nasazlıqları aradan qaldırmaq üçün usta yanına gedib. Usta işinin çox olduğunu deyərək sürücüdən avtomobilini qoyub getməsini təklif edib.

Sürücü Vüqar Babayev araşdırma apardıqdan sonra müəyyən edib ki, avtomobil ustada təmirdə olan vaxt cərimə edilib. O, usta ilə tanış olduğu üçün məcbur qalıb cəriməni özü ödəyib.

Məsələ avtomobili ustaya təmirə verərkən bu cür hadisələrin baş verməməsini aktuallaşdırır.

Usta Sahil Ağabəyov deyir ki, belə olduqda sürücü ilə aralarında heç bir razılıq sənədi olmur. Usta təmir etdiyi avtomili öncə özü idarə edib, yoxlayır, daha sonra sahibinə təhvil verir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseyonovun sözlərinə görə, usta təmir etdiyi avtomobili sahibinin icazəsi olmadan yalnız servis daxilində idarə edə bilər. Kənara çıxarsa, bu qanun pozuntusudur.

Əks halda, avtomobillə hər hansı bir qəza və yaxud da yol hərəkəti qaydası pozularsa, burda cavabdeh şəxs ustadır. Yəni dəymiş zərər usta tərəfindən ödənilməldir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar