Üzeyir Mehdizadənin köməkçisi millət vəkilinin sərt tənqiqinə cavab verdi

Üzeyir Mehdizadənin köməkçisi millət vəkilinin sərt tənqiqinə cavab verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin deputatı Qənirə Paşayeva “Space” telekanalında yayımlanan “Onda başladıq” verilişinin qonağı olub. O, qonağı olduğu verilişdə insanların musiqi zövqünün korlanmasına da münasibət bildirib. Belə ki, o bu məsələ ilə bağlı münasibət bildirərkən Üzeyir Mehdizadəyə qulaq asanların musiqi anlayışının olmadığını bildirib:

“Normal musiqi anlayışı olan şəxs Üzeyiri dinləməz. Təbii ki, söhbət böyük Üzeyir Hacıbəyovdan yox, Mehdizadədən gedir. Biz uşaq vaxtı musiqi dərslərinə gedirdik, zövqümüz formalaşırdı. İndi də belə məktəblərin bölgələrdə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.

“A24.az” bildirir ki, bununla bağlı “Bizimyol.info” müğənni Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb. Sözügedən məsələ ilə bağlı özü ilə danışa bilməsək də onun köməkçisi İlqar Cabbar münasibət bildirməkdən çəkinməyib.

“Hərə ağzına gələni danışır, ağzına gələni deyir. Azərbaycan və Türkiyədə yüz minlərlə insan tərəfindən dinlənilən, sevilən bir müğnnini dinləyən insanları musiqi anlayışı olmayan adlandırmaq doğru deyil. Mən bu qədər insanı anlayışsız adlandıran deputatımız haqqında daha nə deyə bilərəm ki?”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar