Vasif Talıbov peyğəmbərə heykəl qoydurdu - FOTOLAR

Vasif Talıbov peyğəmbərə heykəl qoydurdu – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılıb. 

A24.Az xəbər verir ki, Muzey aprel ayının 25-də istifadəyə verilib.
Muzeyin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib

Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Burada 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. Ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti cənab İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.

Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən, muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daş duzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Bununla bağlı duzdan hazırlanmış loqotip Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirir.

Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Naxçıvan duzu ilə bağlı arxeoloji qazıntıların aparılması, Duzdağ mədəniyyəti ilə bağlı beynəlxalq konfransların keçirilməsi, Naxçıvan duzunun tərkibi haqqında məlumatın muzeydə nümayiş olunması və naxçıvanlı sənətkarların duzdan hazırladıqları əl işlərinin satışının təşkili barədə müvafiq tapşırıqlar verib.

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar