A24 Xeber

Vaşinqtondan Ər-Riyada XƏBƏRDARLIQ: “Almayın…”

Vaşinqtondan Ər-Riyada XƏBƏRDARLIQ: “Almayın…”
47
14 İyun 2018 - 23:52

ABŞ Xarici İşlər Nazirinin müavinliyinə namizəd David Schenker, Səudiyyə Ərəbistanı və digər müttəfiqlərinin S-400 hava müdafiə sistemləri, o cümlədən Rusiya istehsalı hərbi təchizat almamasını tövsiyyə edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Schenker, buna səbəb kimi bu ölkələrin ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozma ehtimalı ilə əlaqələndirib.

Konqresdəki sessiyada danışan Schenker, “(Namizədliyimin təsdiqlənməsi halında) müttəfiqlərimizi, sanksiya çərçivə altına girmə potensialına malik hərbi təchizatın qəbulundan imtina etmək, ya da imtina etmələrini təşviq etmək üçün onlarla qarşılıqlı əlaqəyə daxil olacağam” deyib. ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə nazir müavini vəzifəsinə təyin olunması gözlənilən Schenker, “Başqa sözlə Səudiyyə Ərəbistanına bunu etməməyi tövsiyə edərdim” – deyə əlavə eddi. Ər-Riyada S-400 hava hücumundan müdafiə sistemlərinin təmin olunması ilə bağlı müqaviləyə 2017-ci ildə hazırlanıb. Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Raid Bin Xalid Krımlı, ötən ilin may ayının sonlarında, S-400 çatdırılması ilə bağlı Rusiyaya aparılan danışıqların uğurlu olduğunu, amma dəqiq tarixin hələ müəyyən olunmadığını açıqlamışdı.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00