A24 Xeber

“VAZ”la “KamAZ” toqquşdu – Sürücülərdən biri öldü

“VAZ”la “KamAZ” toqquşdu – Sürücülərdən biri öldü
1. 026
13 Mart 2017 - 18:08

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ağır yol qəzası baş verib. A24.Az xəbər verir ki, qəsəbə sakini Təbriz Quliyevin idarə etdiyi “VAZ-2106”  və  Xocavənd rayon sakini Niyaməddin Abdullayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü  T.Quliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00