"VAZ"lar körpüdə toqquşdu, xəsarət alanların sayı 9-a çatdı - Yenilənib

“VAZ”lar körpüdə toqquşdu, xəsarət alanların sayı 9-a çatdı – Yenilənib
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 9-a çatıb.

“A24.az” bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.

*****

Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində “VAZ 2106” və “VAZ2101” markalı minik avtomobilləri toqquşub.

“A24.az” bildirir ki, APA-nın Qərb bürosunun məlumatına görə, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.

Qəzada xəsarət alan 6 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar