Vəkilə ehtiyacı olanlara pulsuz xidmət - Vəkillər Kollegiyası

Vəkilə ehtiyacı olanlara pulsuz xidmət – Vəkillər Kollegiyası
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün “Vəkillərin peşə bayramı günü” ilə əlaqədar müraciət edən şəxslərə pulsuz hüquqi yardım göstəriləcək.

“A24.az” xəbər verir ki, bu, bütün vəkil qurumlarına şamil olunur.

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin Aparat rəhbəri Fərhad Nəcəfov “Report”a bildirib ki, söhbət bir gün ərzində göstəriləcək hüquqi yardımdan gedir.

Aparat rəhbəri deyib ki, bu, əsas etibarilə cinayət işləri istisna olmaqla, digər sahələrdə şifahi və yazılı məsləhətlərin verilməsi, müxtəlif ərizələrin tərtibinə dair hüquqi yardımın fəaliyyətini əhatə edir: “Bu fəaliyyətlər ödənişsiz əsaslarla həyata keçiriləcək”.

Qeyd edək ki, VK-nın Rəyasət Heyətinin iclasında 30 iyul – “Vəkillərin peşə bayramı günü”ndə VK-nın Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilib. Həmçinin bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunub.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar