Venesuela Prezidenti İlham Əliyevi təbrik etdi

Venesuela Prezidenti İlham Əliyevi təbrik etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“A24.Az”ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Aprelin 11-də prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Respublikasının qardaş xalqına Venesuela xalqı və hökuməti adından ən səmimi təbriklərimi çatdırıram.

Venesuela Bolivar Respublikasının hökuməti Azərbaycanda mövcud olan seçki sistemini yüksək qiymətləndirir və bu prosesin hörmət, sülh, harmoniya və yüksək seçici fəallığı şəraitində keçirilməsini, eləcə də yüksək səviyyədə təşkil olunmasını alqışlayır. Bütün bunlar xalqlarımızın öz hökumətlərini və ölkəni idarəetmə formasını seçmək üçün öz müqəddəratlarını və suverenliklərini təyin etmək hüquqlarından tam istifadə etməsinə zəmanət verir.

Venesuela Bolivar Respublikasının hökuməti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş Zati-aliləri, cənab İlham Əliyevi təbrik edir və ölkələrimiz arasındakı dostluq münasibətlərini həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də xalqlarımız üçün daha bərabərhüquqlu, ədalətli və insani mühitlə təmin olunmuş çoxqütblü və çoxmərkəzli dünyanın qurulması istiqamətində bizim ölkələrimizin də daxil olduğu Qoşulmama Hərəkatının “Üçlük” qrupu çərçivəsində öz səylərini günbəgün daha da möhkəmləndirmək və inkişaf etdirmək niyyətini bildirir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar