A24 Xeber

Vergi qanunvriciliyi DƏYİŞDİRİLƏ BİLƏR: Təklif var

Vergi qanunvriciliyi DƏYİŞDİRİLƏ BİLƏR: Təklif var
35
05 May 2018 - 18:15

Vergilər Nazirliyi 2019-cu il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlayıb.

“A24.Az” xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Nazirliyin nümayəndəsi Nicat İmanov deyib.

“Ötən il vergi qanunvericiliyi dəyişmədi. Böyük dəyişiklik üçün bir il gözlənilməlidir. Beləliklə, 2019-cu il üçün dəyişikliklər paketi hazırlanıb”, – deyə o qeyd edib.

Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Sahibkarlar vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə sanksiyalarla üzləşəcəklər”./Report

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00