A24 Xeber

Vergilər haqqında qanunvericilikdə DƏYİŞİKLİKLƏR ediləcək

Vergilər haqqında qanunvericilikdə DƏYİŞİKLİKLƏR ediləcək
52
05 İyun 2018 - 11:29

Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək. Amma biznes strukturunun bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsindən asılıdır.

“A24.Az” xəbər verir ki, bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən Azərbaycan vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, fəal vergi ödəyicilərinin cəmi 3%-i ƏDV ödəyicisidir: “Məndə olan məlumata görə, burada olan biznes nümayəndələrinin 60-70%-i ƏDV ödəyicisi kimi qeydiyyatdadır. Biz nazirlik olaraq 3 böyük problemlə qarşılaşırıq: dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaltmalar”.

O çıxışında bu ilin ilk 4 ayında səyyar vergi yoxlamalarının ötən ilin müvafiq dövrünə nisbətən 40% azaldığını bildirib.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi özəl sektorda və qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00