Vergilər Nazirliyində daha bir TƏYİNAT: Mikayıl Cabbarov bu məmuru da yanına gətirdi 

Vergilər Nazirliyində daha bir TƏYİNAT: Mikayıl Cabbarov bu məmuru da yanına gətirdi
Want create site? Find Free WordPress Themes and plugins.
Vergilər naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib. 
A24.Az xəbər verir ki, nazirlikdən modern.az-a daxil olan məlumata görə, indiyədək mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə aparılıb.
N.Səmədova qədər bu vəzifəni Nigar Alimova tutub. Vəzifəsindən azad olunan N.Alimova yeni yaradılan Katiblik departamentinə təyinat alıb.
Qeyd edək ki, Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakıda şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini, 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə doktoranturaya qəbul edilib və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2000-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2006-2011-ci illərdə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləyib.
2011-ci ildə mədəniyyət və turizm nazirinin müavini təyin edilib. 2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilib.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədri seçilib. Ailəlidir, iki qızı və bir oğlu var.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar