A24 Xeber

Verilişdə şok edən hadisə: Arıqlayacağını düşünürdü, amma… – FOTOLAR

Verilişdə şok edən hadisə: Arıqlayacağını düşünürdü, amma… – FOTOLAR
164
27 Aprel 2018 - 10:21

380 kiloqram olan 41 yaşlı Robert Buçel arıqlamaq üçün televiziya verilişinə müraciət edib. Lakin nəticə gözləniləndən fərqli olub.

“A24.az” xəbər verir ki, paltarlarını belə geyinə bilməyən Robert köklükdən qurtulmaq istəyib. Bunun üçün “Ağır Yaşamlar” verilişinə müraciət edən Robertin mübarizəsi ölümlə nəticələnib.

380 kiloqramdan çox olan Robert ABŞ-ın Nyu Cersi şəhərində yaşayıb. Gəzə və paltarlarını geyinə bilmirmiş. Televiziya verilişinə qatılan Robert Novzaranın müalicəsini almaq üçün yaşadığı şəhərdən Hyustona köçüb. Çəkilişlərin birində kök kişi yerə yıxılıb, özü qalxa bilmədiyi üçün tibb işçilərinin köməyi ilə qurtarılıb.

Ona tətbiq edilən rejimdən və əməliyyatdan sonra 5 ay müddətində 150 kq arıqlaması planlaşdırılıb. Daha sonra bədəninin sağ tərəfindən əməliyyatla limfa düyünləri çıxarılıb. Bundan sonra 133 kiloqram arıqlayıb. Lakin nişanlısının dediklərinə görə, 41 yaşlı kişi əməliyyatdan sonra tikişlərinin ağrısından dolayı ayağa qalxa bilməyib və davamlı olaraq ağrı kəsici içib. Ağrılarının daha da artdığını iddia edən Robert çəkilişlərin birində daha çox dərman içə bilmək üçün tikişlərinin sökülməsinə səbəb olub.

Robert vəziyyətinin pis olmasına baxmayaraq, arıqlamağa davam edib və həkimlər onun dərmandan asılı hala gəldiyini görüb. Verilişin davamında Robert Buçel infark keçirərək dünyasını dəyişib. Ölməzdən əvvəl nişanlısına “Bu gecə səhərə sağ çıxa biləcəmmi, bilmirəm?!” deyib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00