Vətəndaş şikayətləri onlayn qəbul olunacaq - FOTO

Vətəndaş şikayətləri onlayn qəbul olunacaq – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Apelyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektronlaşdırılıb. Artıq “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti bu gün ictimaiyyətə təqdim edib.

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası katibliyinin rəhbəri Yaşar İbrahimov RYTN tərəfindən apelyasiya şuralarına şikayətlərin qəbulu prosesinin elektronlaşdırılaraq “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya olunmasını yüksək qiymətləndirib. O, bu sistemin sahibkarların müraciət imkanının daha da asanlaşdırılmasına xidmət etdiyini vurğulayıb.

apelyasiya_onlayn_120816_03

Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov çıxış edərək ilk növbədə “Elektron hökumət” portalının uğurlu fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, hazırda portala müxtəlif qurumlardan 423 elektron xidmət inteqrasiya edilib, 8 milyonu 2016-cı ildə olmaqla, ümumilikdə 30 milyondan artıq müraciət qeydə alınıb.

E.Əsədov “Apellyasiya şuralarına elektron şikayət qəbulu” elektron xidmətinin əhəmiyyətindən danışaraq bu sistemə Prezident yanında Apelyasiya Şurası da daxil olmaqla 118 qurumun qoşulacağını diqqətə çatdırıb.

Daha sonra Nazirliyin mütəxəssisləri tərəfindən Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mütəxəssis nümayəndələrinə elektron xidmətlə bağlı təlim keçirilib.

“Apelyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına operativ çatdırmasına xidmət edir.

Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. dıçəkilən xidmətdən istifadə edən vətəndaş həmçinin, göndərmiş olduğu müraciətə baxılma barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanacaq.

apelyasiya_onlayn_120816_02

apelyasiya_onlayn_120816_04

apelyasiya_onlayn_120816_05

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar