A24 Xeber

3-4 evi eyni üsulla qarət edən şəxs ifşa edilib.

A24.Az xəbər verir ki, Bir neçə zərərçəkmiş şəxs Qaradağ rayon 10-cu polis bölməsinə məlumat verib ki, mənzilləri qarət edilib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis Lökbatan qəsəbəsindəki evlərə qənim kəsilən Bakı şəhər sakini Zaur Qaibovu saxlayıb. Müəyyən edilib ki, o təkcə bir evdən 3 min manatda çox qızıl və pul oğurlayıb.

Qəsəbədəki ”Meyvəli” bazarında mağazalardan birindən alış-veriş edən Vahid Məcidovun isə pul kisəsi oğurlanıb.

Şikayət əsasında təhlükəsizlik kameralarına baxan polis müəyyən edib ki, zərərçəkmiş Vahid Məcidov zənbilləri və portmanatını piştaxtanın üstünə qoyub. Həmin vaxt mağazaya daxil olan iki qadın portmanatın sahibsiz olduğunu görüb götürürlər. Sahibinin gələcəyindən ehtiyyatlanan qadınlar mağazadan heçnə almadan çıxıb taksiyə əyləşib hadisə yerindən uzaqlaşıblar. Bütün olanlar isə müşahidə kamerası düşüb.

İndi 10-cu polis bölməsinin əməkdaşları görüntülər əsasında həmin qadınları axtarır.

A24.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

3-4 evi eyni üsulla qarət edən şəxs ifşa edilib. A24.Az xəbər verir ki, Bir neçə zərərçəkmiş şəxs Qaradağ rayon 10-cu polis bölməsinə məlumat verib ki, mənzilləri qarət edilib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis Lökbatan qəsəbəsindəki evlərə qənim kəsilən Bakı şəhər sakini Zaur Qaibovu saxlayıb. Müəyyən edilib ki, o təkcə bir evdən 3 min manatda çox […]

Vətəndaşın pul kisəsini götürən bu qadınlar axtarılır – VİDEO

570