Vətəndaşların haqqını yeyən, özbaşınalıq edən 3 sığorta şirkəti - ANALİZ

Vətəndaşların haqqını yeyən, özbaşınalıq edən 3 sığorta şirkəti – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən sığorta şirkətləri ilə may ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1074 xəbər yerləşdirilib. Bunlardan 47-si mənfi, 1027-si isə neytral xəbərlərdir. Mənfi xəbərlər Dövlət Sığorta Kommersiya Şirkəti (33 xəbər – “Azərsığorta” vətəndaşın haqqını yeyir), ATA Sığorta (11 xəbər – “AtaSığorta”dan özbaşınalıq: sığortaladığı ev yandı, şirkət pul vermir) və “Standard İnsurance” (3 xəbər – Sığorta Şirkətindən – ŞİKAYƏT) məxsusdur. May ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Dövlət Sığorta Kommersiya Şirkəti 140 xəbər
2 Paşa Sığorta 100 xəbər
3 Atəşgah Sığorta 73 xəbər
4 AzSığorta 57 xəbər
5 ATA Sığorta 56 xəbər
6 Qala Həyat Sığorta 53 xəbər
7 Paşa Həyat Sığorta 52 xəbər
8 Günay Sığorta 46 xəbər
9 A-Qroup 45 xəbər
10 AXA MBASK Sığorta 44 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 34 xəbər dərc edilib. Bunlardan 1-i isə mənfi, 33-ü isə neytral xəbərlərdir. Mənfi xəbər Dövlət Sığorta Kommersiya Şirkətinə (1 xəbər – Sığorta şirkətlərindən narazılıq səngimir) məxsusdur. May ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Paşa Sığorta 10 xəbər
2 Dövlət Sığorta Kommersiya Şirkəti 7 xəbər
3 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 3 xəbər
4 Azal Sığorta 3 xəbər
5 AzSığorta 2 xəbər
6 Bakı Sığorta 2 xəbər
7 ATA Sığorta 1 xəbər
8 AXA MBASK Sığorta 1 xəbər
9 Paşa Həyat Sığorta 1 xəbər
10 Beynəlxalq Sığorta Şirkəti 1 xəbər

May ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 9 xəbər göstərilib. Bu xəbərlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (7 xəbər) və  Dövlət Sığorta Kommersiya Şirkətinə (2 xəbər) məxsusdur.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar