A24 Xeber

Vətəni unudan həmvətənsizlərimizin əli “Qondarma rejimin” cibində – FOTOLAR

Vətəni unudan həmvətənsizlərimizin əli “Qondarma rejimin” cibində – FOTOLAR
65
02 May 2018 - 15:59

Azərbaycanın üzərində nəsən toz-dumanlı “Qərb küləyi” əsməkdə, Azərbaycanda doğulan və bir qrup vətəni Azərbaycan olan vətənsizlərin ölkəmizə qarşı apardıqları çirkin kampaniyaları davam etməkdədir. 
A24.Az  faktor.Az-a istinadla xəbər verir ki, Ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində də öz katalizatorluq fəaliyyətlərindən qalmayan bəzi məlum söyüş çətəsi ermənilərlə iş birliyi və onların baltasına sap olmaqdan da çəkinmirlər. Məsələyə geri dönüş edəcəyik…
Gəlin xatırlamağa çalışaq, bir az da araşdıraq. Nədən Avropanın küçələrinə səpələnən həmvətənsiz mühacirlərimiz, özlərini xalqın nümayəndəsi adlandıran, xalqın hüquqlarını qoruduqlarını bəyan edən hüquq müdafiəçilərimiz Xocalı soyqırımı ilə bağlı aparılan dünya miqyaslı kampaniyalara qoşulmurlar? Nəinki Xocalı soyqırımı ilə bağlı, 7 rayonumuzun işğal günlərində Avropada və digər ölkələrdə keçirilən tədbirlərə qoşulmurlar. Həmin acılı günlərimizdə dünyasını dəyişənlər xalqın nümayəndələri deyildilərmi? Bəyəm o hadisələrdə dünyasın dəyişənlər hazırkı siyasi hakimiyyət idimi? Burada qaranlıq görünən məqamlar olsa da bizlərə sirr deyil ki, onlar heç də xalqı və onun mənafeyini düşünmürlər. Onlar öz mənfəətlərini və ciblərini düşünürlər. Çünki onların Avropada qalmaları, güzəran qurmaları üçün ermənipərəst təşkilatların “rəğbət”lərini qazanmaları lazımdır.

Vətəni unudan həmvətənsizlərimizin əli "Qondarma rejimin" cibində - FOTOLAR
Anlamaq çox da çətin deyil, yəni onların xalqa, xalqın acısına həmşərik olmaları üçün erməni vandallizminin üstünü açmaq lazımıdr, onların vəhşiklərini ifşa etmək lazımdır, ifşa olunan insanlardan necə pul almaq, güzəran qurmaq olar?!
Yuxarıda da qeyd etdiyimiz kimi, onlar Azərbaycan hakimiyyətini tənqid, təhqir adı altında Azərbaycan xalqına qarşı da hörmətsizlik və sayğısızlıq nümayiş etdirirlər.
Vətəni unudan həmvətənsizlərimizin əli "Qondarma rejimin" cibində - FOTOLAR
Qondarma erməni soyqırımı gününə bir gün qalmış (23 aprel) Fransanın Strazburq şəhərində Avropa Şurasının binası önündə Azərbaycandakı seçkilərin əleyhinə aksiya keçirildi. Bunun ardından 24 aprel qondarma erməni soyıqırımı günü AŞPA-nın yaz sessiyası zamanı ABŞ-ın “Freedom House”, “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq”, “People in Need” və “İnsan Haqları Fondu”nun təşkilatçılığı ilə keçirilən “Azərbaycanda qüsurlu seçkilər və insan haqları sahəsində olan böhran: Ölkədəki vəziyyətə necə təsir etmək olar?” mövzusunda brifinq keçirildi. Tədbirdə isə “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDT) sədri Anar Məmmədli, hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Kamilsoy, “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun sədri Emin HÜseynov və blogger Tural Sadıqlı, Orduxan Teymurxan iştirak etdilər. Bu tarixdə keçirilən konfransların da təsadüf olduğu ehtimal edilmir. Nədən acaba qondarma erməni soyqırımı ilə bağlı hərhansısa bir bəyanat verilmədi, əli ermənipərəstlərin cibində olan hənvətənsizlərimiz bu barədə nədən danışmadılar? Qondarma Soyqırımını kənara qoyaq, nədən bu günə qədər Qondarma Şuranın binası önündə bir dəfə də olsun Azərbaycan xalqının erməni vəhşətinə məruz qalmaları barədə aksiya edilmədi, bir sloqan səslənmədi, bir şüar lövhəsi qaldırılmadı Eminlər, Nəcminlər? Sualın cavabı çox bəsitdir, yuxarıda qeyd edilib…

Vətəni unudan həmvətənsizlərimizin əli "Qondarma rejimin" cibində - FOTOLAR

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00