Vəzifəsindən imtina edən Papa Benedikt: “Evə doğru xaç səfərindəyəm”

Vəzifəsindən imtina edən Papa Benedikt: “Evə doğru xaç səfərindəyəm”
Want create site? Find Free WordPress Themes and plugins.

2013-cü ildə yaşından dolayı xidməti vəzifəsini təhvil verən Papa XVI Benediktin məktubu yayımlanıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məktubunda sabiq Papa ömrünün son anlarında olduğunu və “Evə” doğru xaç səfəri etdiyini yazıb.

İtaliyada yayımlanan “Corriere della Sera” qəzeti sabiq Papa XVI Benediktin məktubunu səhhəti ilə maraqlanan oxucular üçün yayımlayıb. Məktubunda sabiq Papa “Sadəcə fiziki gücümün yavaşladığını deyə bilərəm. Amma daxilən Evə doğru xaç səfərindəyəm” deyib.

Qeyd edək ki, 90 yaşlı Papa XVI Benedikt Vatikanda qədim monastrlardan birində yaşayır. Papa XVI Benedikt son 600 ildə xidməti vəzifəsindən imtina edən yeganə papadır.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar