Vladimir Putin Azərbaycana gələcək

Vladimir Putin Azərbaycana gələcək
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırır.

“A24.az” xəbər verir ki, bunu “İzvestiya” qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib: “Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Bundan başqa, 27-28 sentyabrda dövlət başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabr ayı üçün Vladimir Putinin Özbəkistana səfəri planlaşdırıb”.

Bundan başqa, Uşakovun sözlərinə görə, Rusiya ilin sonuna qədər RF, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: “Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar