Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

A24.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Vladimir Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəkdir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar