Voleybolçularımız Bolqarıstan millisini məğlub edib

Voleybolçularımız Bolqarıstan millisini məğlub edib
Want create site? Find Free WordPress Themes and plugins.

 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

A24.Az xəbər verir ki, A qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gəlib.

Voleybol Mərkəzində baş tutan qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür. Ukraynanın 6 xalı olduğu halda, Portuqaliya hələ də xal qazanmayıb.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar