A24 Xeber

Vulkan püskürməsindən ölənlərin sayı 69-a çatdı

Vulkan püskürməsindən ölənlərin sayı 69-a çatdı
26
05 İyun 2018 - 8:22

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

“A24.az” xəbər verir ki, bu barədə Qvatemalanın Məhkəmə Elmləri İnstitutundan bildiriblər.

İnstitutun məlumatına əsasən, daxil olan 69 cəsəddən yalnız 17-nin kimliyi müəyyən edilib. Ən çox insan ölümü – 54 – Eskuintla departamentində qeydə alınıb. Daha 9 nəfər Sakatepekes departamentində həlak olub.

Vulkan püskürməsi nəticəsində 46 nəfər yarlanıb, 3,26 min insan təxliyə edilib, 1,68 min insan isə müvəqqəti sığınacağa yerləşdirilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00