Vüsalə Əlizadə: "Bu, Azərbaycan qadınına yaraşan hərəkət deyil" - VİDEOMÜSAHİBƏ

Vüsalə Əlizadə: “Bu, Azərbaycan qadınına yaraşan hərəkət deyil” – VİDEOMÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az-ın əməkdaşları maraqla izlədiyimiz “Qardaşlar” serialının çəkiliş meydançasında olub, aktyorların öz rollarının öhdəsindən necə gəldiklərinin, kamera arxası məqamların canlı şahidi olublar.

Dəniz obrazını canlandıran Vüsalə Əlizadə saytımıza ifa etdiyi rolla həyatdakı Vüsalə arasındakı oxşarlıqlardan danışıb. Bildirib ki, 2 ildir bu seriala çəkilir:

“İncəsənət universitetini bitirsəm də, bu vaxtadək aktrisa kimi fəaliyyət göstərməmişdim, ancaq kliplər, reklamlar olmuşdu. Belə komediya filminə çəkiləcəyimi heç təsəvvür etmirdim, çünki əvvəllər təklif olunmuşdu, imtina etmişdim. Amma kollektivin işlərinin nəticələrinin uğurlu olduğunu görəndə “hə, sınamağa dəyər, niyə də olmasın?” dedim və gördüm ki, alınır.

Əslində mən komediyada ciddi obrazam, bəzi tamaşaçılar Dənizi hayasız kimi, bəziləri isə doğru tərəf qəbul edirlər. Bu ailədə yeganə ağıllı və savadlı adam Dənizdir və ailədə dəyişilik etmək istəyir. Əvvəllər mən çox qorxurdum ki, tamaşaçı məni pis qəbul edər. Mən hər şeyi düşünən insanam, öz həyatımda belə bir addım atıramsa, onu fikirləşirəm ki, necə olacaq. Bizim sənət adamlarının əksəriyyəti bu şeyləri heç fikirləşmirlər. Tamaşaçı rəyi onlar üçün çox geri plandadır. Amma mən düşünürəm ki, tamaşaçının fikrindən nəticə çıxarmalıyam, gözlərindən düşə bilərəm. Bu rol mənə ilk vaxtlar sərt gəldi, hətta gəlib Raminə (rejissor Ramin Hacıyev) deyirdim ki, olar mən qışqırmayım? O isə cavab verirdi ki, “yox, sən Dənizsən, mən Dənizi belə istəyirəm”.

Vüsalə Əlizadə qeyd edib ki, ilk gündən tamaşaçı onu bu obrada sevib, ona artıq aparıcı Vüsalə Əlizadə kimi deyil, Dəniz kimi müraciət edirlər:

“Bu mənə ləzzət edir. Hətta, məclislərə dəvət edirlər ki, uşaq Dənizi sevir, onun ad gününə gəlin. Təbii ki, elə insanlar da var ki, tənqid yazırlar. Onu da normal qəbul edirəm. Dəniz obrazında ən çox sevdiyim sərt tərəf yanlışları qəbul etməməsi, bir qadının özünü ifadə etmək bacarığıdır, o rəhimli biridir. Bunlar Vüsalə Əlizadədə də var, son tikəmi belə dostlarımla bölürəm. Bir insan mənə pislik etsə də, bir anlıq görsəm ki, kövrəlir, o dəqiqə mən əriyirəm, o kinim yox olur. Bu sevmədiyim xasiyyətimdir, dəyişmək istəsəm də, mümkün deyil. Bu, Dənizlə ortaq cəhətimizdir.”

V. Əlizadə qeyd edib ki, Dənizin sevmədiyi və Vüsaləyə yaraşdırmadığı tərəfləri həyat yoldaşına digər insanların arasında qışqırmağı, qadın hökmranlığını sürməsidir.

“Bu, Azərbaycan qadınına yaraşan, xas olan hərəkət deyil. Mən cəmiyyətimizdə nəyi sevmirəm, nə adamı sıxır, çox təəssüflər olsun ki, bizim insanlar pisi görüb dəyişmək əvəzinə elə bilirlər ki, bu dəbdir, ona bənzəməyə çalışırlar.

Sonda aktrisa qadınların özlərinə dəyər verməsini tövsiyə edib:

“Dəniz kimi xanımlar çoxdur, hər birimizin içində o var. Belə bir məsəl var: Qadının iki üzü var, biri şeytan, digəri mələk. Hansını oyadarsansa, ondan cavab alarsan. Çalışın ki, sizə hörmət etsinlər. Biz özümüzü sevib, dəyər verməliyik ki, bəylərimiz də bizi sevib dəyər versinlər və çalışın ki, ailədə təməli möhkəm qurasınız. Amma bəylərdən də çox şey asılıdır, xanımları “Dəniz”ləşdirməyin… “

Hazırladı: Brilyant Rəsulova, Fərid Orucov

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar