"WhatsApp"-dan daha bir TƏHLÜKƏ

“WhatsApp”-dan daha bir TƏHLÜKƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Proqram WhatsApp və WeChat proqramlarında sizin media faylarınızı, sənədlərinizi, göndərilən məlumatları, şəkil və cihazın yaddaşına yüklənən bütün materialları oğurlaya və zəngləri qeydə ala bilər

WhatsApp-la göndərilən şəkillər və sənədlərin təhlükədə olduğu müəyyən edilib.

A24.Az xəbər verir ki, bəzi hakerlər məşhur messencer proqramı Viberə bənzəyən casus proqramları yayırlar. Bu proqramlar vasitəsilə WhatsApp-dan şəkil və sənədləri oğurlamaq mümkün olur. Proqramların təhlükəli olması barədə ESET şirkəti xəbərdarlıq edib.

Yalançı Viber Android bazalarına hücum edir. Onu ESET şirkətinin təhlükəsizlik mütəxəssisi Lukas Stefanko Google Play tətbiqlər mağazasını təqlidi olan sayt vasitəsilə aşkar edib.

Saxta qaynağı “redaktorun seçimi” işarəsi məsləhət görür. Qeyd olunur ki, saxta Viberi 500 milyondan çox istifadəçi yükləyib. Ona orta olaraq 4,3 qiymət verilib.

Proqram smartfon və ya planşetlərə yüklənməsi zamanı istifadəçidən zənglərə, mesajlara, audio fayların yazılmasına və SD kartla olan əməliyyatlara giriş icazəsi tələb edir.

Bu şəkildə bu proqram WhatsApp və WeChat proqramlarında sizin media faylarınızı, sənədlərinizi, göndərilən məlumatları, şəkil və cihazın yaddaşına yüklənən bütün materialları oğurlaya və zəngləri qeydə ala bilər.

Təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, məşhur proqramları ancaq Google Play proqramından yükləmək lazımdır.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar