A24 Xeber

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Bu YENİLİKDƏN MƏMNUN qalmayacaqsınız

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Bu YENİLİKDƏN MƏMNUN qalmayacaqsınız
111
05 May 2018 - 9:35

Dünyanın ən populyar messenceri olan “WhatsApp”da növbəti yenilik tətbiq olunacaq.

A24.Az Lent.Az-a istinadən xəbər verir ki, messencerdə reklamlar təqdim olunmağa başlanacaq.

Bunu proqramçılar üçün keçirilən “Facebook F8” konfransında “Facebook”un vitse-prezidenti David Markus deyib. “Reklam mövzusunda bunu deyə bilərəm ki, “WhatsApp”ı reklamlar üçün açıq hala gətirəcəyik”, – deyə o, bildirib.

D. Markus ilk addım kimi böyük şirkətlərə birbaşa istifadəçilərə reklam göndərmək imkanı verəcəklərini açıqlayıb.

Xatırladaq ki, ötən ay messencerin yaradıcıları Brayan Akton və Yan Kum istefa veriblər. Onlar messencerdə reklamların yerləşdirilməsinə qarşı idilər. İstefalardan sonra “Barclays” analitikləri “Facebook”un artıq “WhatsApp” üçün reklam satmağa başlayacağını təxmin etmişdi.

Xatırladaq ki, “Facebook” “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara satın alıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00