“WhatsApp”dan maraqlı yenilik

“WhatsApp”dan maraqlı yenilik
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ən məşhur mesajlaşma platforması olan “WhatsApp” şirkətlərə özəl profil sisteminə keçir.

A24.Az xəbər verir ki, hazırda SMS-i “öldürən” mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır.

Bunun ən məşhur nümunəsi olan “WhatsApp” isə inkişafa davam edərək artıq pul qazanmaq niyyətindədir.

Daha əvvəl illik 0,50 AZN kimi bir ödəniş alan “WhatsApp” aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi.

Beləliklə, tətbiqdən gələn gəlirlərin qarşısını kəsən “WhatsApp” buna məntiqli bir həll üsulu tapıb.

“WhatsApp for Business” adlı bir sistem üzərində işləyən komanda şirkətlər üçün xüsusi “WhatsApp” sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq.

Yəni, müştəri xidmətlərinə “WhatsApp” üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki, şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda, xüsusilə, çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən “WhatsApp” ilə əlaqə saxladığınız müştəri xidmətləri beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən “WhatsApp”, sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və “Skype” kimi servislərin qarşısına keçməyi hədəfləyir.

Mənbə: Technote.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar