A24 Xeber

“WhatsApp”dan yenilik üstünə yenilik: Çox bəyənəcəksiniz- FOTOLAR

“WhatsApp”dan yenilik üstünə yenilik: Çox bəyənəcəksiniz- FOTOLAR
86
31 May 2018 - 19:59

Avropa Birliyi qoruma xarakterli olaraq bəzi tədbirlər görməyə başlayıb.

A24.Az xəbər verir ki, bununla bağlı “WhatsApp” istifadəçiləri hətta xəbərdarlıq emeilləri də alıblar.Bu qoruyucu tədbirlər sırasında ilk olaraq yaş həddi məsələsi gəlir.

Belə ki, əvvəllər “WhatsApp” istifadəçiləri 13 yaşlarını tamam etmişdilərsə qeydiyyat oluna bilirdilər. Lakin artıq bu yaş həddi 16-ya qaldırılıb. Tətbiqetmə may ayının 25-dən həyata keçirilməyə başlanıb. Sözügedən yaş həddinə çatmamısınızsa sosial şəbəkə avtomatik olaraq sizi qeydiyyatdan siləcək. 

Bir digər yenilik isə şəkil göndərmələri ilə bağlıdır. Seçdiyiniz şəkil artıq açdığınız pəncərəyə yüklənir və siz göndərilməyini istəyirsinizsə düyməni basdığınız halda göndərilir. Bundan əvvəl proqram silinmiş şəkillərin bərpası üçün istifadəçilərinə bərpa funksiyası təqdim etmişdi.

Bunun davamı olaraq isə “şəkil paylaşımı”nı təkmilləşdirmə yolunda nəticə qət etməyə çalışırdı. Əvvəllər şəkil və ya göndərilənlərin həcmi ilə əlaqədar yükləmələrdə zaman fərqi yarana bilirdi. İndi isə artıq  həm İOS, həm də ANDROİD sistemlərində “təxmini yükləmə xüsusiyyəti”ni istifadəçilərə təqdim edir. Məqsəd isə yükləmə sürətini artırmaqdır.

Siz şəkilləri seçməyə başladığınız anda proqram avtomatik yükləmələrə başlayır ki, daha sonra vaxt itkisi yaranmasın. Nəticədə siz göndər düyməsini sıxmaqla daha sürətli foto transferi həyata keçirmiş olursunuz. 
Maraqlısı bundadır ki, əgər siz şəkilləri seçmisiniz, amma “göndər” düyməsinə sıxmamısınızsa bu proses avtomatik həyata keçirilməyəcək. 

Bir digər yenilik isə seçdiyiniz şəkillərin fərqlənməsi üçün boz rəngli düymələrlə haşiyələnməsidir.

Sizin telefonunuzda yeniliyin aktiv olub-olmadığını da yoxlaya bilərsiniz. Şəkilləri seçin, bir neçə saniyə gözləyin, adıçəkilən prosesin dəyişdiyini müşahidə etsəniz demək ki, sizin də telefonunda yeni növ “WhatsApp” aktivləşib deməkdir.

“Təxmini yükləmə” adlı funksiyanın aktivləşməsi üçün isə “WhatsApp İOS 2.18.61” versiyasını yükləməlisiniz.

ANDROİD sistemli telefonlar üçün isə məsələ bir qədər qarışıqdır. “WhatsApp” 2.18.156 versiyası ilə işləyən bəzi telefonlar üçün bu yeni tətbiqetmə aktiv, bir qism üçün isə hələki deaktiv sayılır. Bunun səbəbi isə məlum deyil. Yükləməni yeniləyərək tətbiqetmənin sizin telefonunuz üçün quraşdırılıb-quraşdırılmadığını öyrənə bilərsiniz.
Digər yenilik “işarələr” lə bağlıdır. Belə ki, sözlərlə də artıq axtardığınız işarələri tapa biləcəksiniz. Sadəcə telefonunuzda ‘auto correct’  funksiyası aktiv olmalıdır.

Əvvəllər sırf “İphone”lar üçün nəzərdə tutulan bir maraqlı funksiya artıq bütün “WhatsApp” istifadəçiləri üçün keçərli olacaq. Göndərdiyiniz mesajın nə zaman çatdırıldığını, nə zaman göy rəngə çevrildiyini- oxunduğunu “məlumat” düyməsi və ya sola itələməklə də öyrənə biləcəksiniz. 

Artıq qrup və ya şəxsləri səssizləşdirə də biləcəksiniz. Çoxlu mesaj gəlirsə, ümumiyyətlə telefonunuzu səssizə almaq yerinə həmin qrup və ya şəxsin adının üstünə sıxmaqla onu səssiə rejiminə ala bilərsiniz. “WhatsApp”  bu funskiyanı da istifadəçiləri üçün təkmilləşdirdi.
Hətta qrup söhbətlərində hər hansısa bir üzvün adının üstünə sıxaraq onunla etdiyiniz bütün danışıqları da oxuya bilərsiniz.

Əgər ki, limitsiz internetdən istifadə etmirsinizsə “Ayarlar”-“internet istifadəsi”-“şəkil yükləmə” funksiyasını bağlayaraq internet paketinizə qənaət edə və bu tətbiqetməni öz nəzarətiniz altına da ala bilərsiniz.
Sizin üçün vacib mesajları * işarəsi ilə aktivləşdirə və daha asan tapmaq üçün əvvələ çıxara bilərsiniz.

Onu da qeyd edək ki, bu zaman qarşı tərəfin xəbəri olmur. Hətta ən sevdiyiniz şxəslə danışıqlarınızı “pin” düyməsi vasitəsi ilə ən üstə sancaqlaya bilərsiniz. Bu vasitə ilə də bütün yazışmalarınızdan daha öndə olacaqdır.
Yazının formatını da dəyişə, hərflərin formasını dəyişə də bilərsiniz.

Üç nöqtə hissəsindən format bölməsinə keçərək bu yeni funksiya ilə yazışmalarınızı daha əyləncəli hala salmağınız mümkündür. 

Ən maraqlısı isə sizi bloka siyahısına əlavə edən şəxsin həmin listindən çıxa da bilirsiniz. Necə? çox sadədir. Belə ki, tətbiqetməni silib yenidən yükləsəniz, avtomatik həmin siyahıdan çıxacaqsızın. Lakin bunun ən pis tərəfi odur ki, mövcud qruplardan da üzvlüyünüz silinmiş olur.

Xəyalə Vaqif / A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00