"WhatsApp"ın qurucusu istefa verir 

“WhatsApp”ın qurucusu istefa verir
Want create site? Find Free WordPress Themes and plugins.

Mesajlaşma platforması olan “WhatsApp”ın qurucusu və rəhbəri Jan Koum vəzifəsindən istefa verir.  

A24.Az xəbər verir ki, Koum bu barədə öz Facebook hesabında yazıb.

“Texnologiya xaricində başqa işlərə vaxt ayıra bilmək üçün bir müddət ara vermək qərarına gəldim. Komandamız əvvəlkindən daha güclü və möhtəşəm işlər həyata keçirəcək. Mən isə  “WhatsApp”a kənardan dəstəyimi əsirgəməyəcəm –  deyə “WhatsApp”ın qurucusu  statusunda bildirib.

ABŞ-da çap olunan “Washington Post” qəzeti isə  “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara alan Facebook rəhbərliyi ilə Koum arasında problemlər olduğunu yazıb. Media qurumu iddia edir ki, Koum bu səbəbdən tutduğu vəzifədən imtina edir.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar