A24 Xeber

Xaçmazda avtomobil qəzası: 2 nəfər öldü

Xaçmazda avtomobil qəzası: 2 nəfər öldü
37
28 İyul 2018 - 9:00

Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, ölən şəxslər Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur.

Yaralılar isə Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur.

Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hər üçünə qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00